Quş fermasında Yanğın: minlərlə cücə tələf olub

07:24 - 18 Fevral 2019 - Xəbər

Yaponiyanın Honsü adasında, Omitama şəhərində yerləşən quş fermasında böyük yanğın baş verib.

Yanğın nəticəsində minlərlə cücə tələf olub. Yanğın bazar günü axşam saatlarında baş verib. Fermanın 4 tikilisi tamamilə yanıb. Hazırda yanğın söndürülüb. Hadisənin səbəbi məlum deyil. Fermanın əməkdaşları yanğın nəticəsində xəsarət almayıb.

Polisin verdiyi məlumata əsasən, quş fermasında təxmini 80 min toyuq-cücə saxlanılırdı.

Xəbər xətti