Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill ilə görüşüb

Fevralın 16-sı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə ABŞ rəsmisini məlumatlandırıb. Münaqişənin həllinin bölgədə dayanıqlı inkişaf və əminamanlığı təmin edəcəyi vurğulanıb.

Görüş zamanı tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi baş tutub.

Tarix
16 Fevral 2019 [21:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-02-16 21:25:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin