Azərbaycan Premyer Liqasında XVII tura start verilib

17:05 - 16 Fevral 2019 - İDMAN

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

Həftənin ilk oyununda "Keşlə" ASK arenada "Sumqayıt"ı qəbul edib. Rauf Cabbarovun idarə etdiyi matç "Keşlə"nin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 28-ci dəqiqədə "Keşlə"nin forvardı Amil Yunanov açıb. Qonaqlar görüşün 73-cü dəqiqəsində hesabı bərabərləşdirib. Əfran İsmayılov cinah asmasını başla qapıya göndərib. Oyuna əlavə olunmuş 3-cü dəqiqədə Amil Yunanova qarşı cərimə meydançasında baş verən qayda pozuntusuna görə hakim penalti nöqtəsini göstərib. Topa yaxınlaşan Nikola Mitroviç hesabı 2:1 edib.

Bu nəticədən sonra xalını 15-ə çatdıran "Keşlə" 6-cı pilləyə yüksəlib. 15 xala malik "Sumqayıt" klubu isə 7-ci pilləyə enib. Hesabat turu saat 17:30-da start götürəcək "Zirə" - "Neftçi" oyunu ilə davam edəcək.

Bazar günü isə "Səbail" - "Sabah", Qarabağ" - "Qəbələ" görüşləri baş tutacaq.report

Xəbər xətti