Bakıda silahla gəzən şəxs tutuldu

15:00 - 16 Fevral 2019 - HADİSƏ

Nərimanov rayonunda üzərində qanunsuz silah gəzdirən şəxs tutulub.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini E.Sadıqov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “Browing” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti