Ana səhifə
14 Noyabr 2018

İƏT Gənclik Forumu kreativ gəncləri mükafatlandırdı - FOTOLAR

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) öz işini davam etdirən II Baş Assambleyası çərçivəsində yaradıcı gənclərin dinlər və mədəniyyətlər arası dözümlülük və əməkdaşlıq ideyalarının təbliği mövzusunda beynəlxalq fotomüsabiqəsi layihəsi olan “Photo4Tolerance” layihəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. İKGF Baş katibi Elşad İskəndərov  mərasimdə çixiş edərək bildirdi ki bu il fevral ayında  start verilən layihə  gənclər arasında mədəni və dini müxtəliflilik sahəsində tolerantlıq ideyalarının təbliğinə və sivilizasiyalararası sülhün bərgərar olmasına yönəlib. Layihənin ideyasi İKGF ilə BMT Sivilizasiyaların Alyansı tərəfindən otən il, Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO-da keçirilmiş Seyid Yəhya Bakuviyə həsr edilmiş  simpozium zamani səsləndirilib. Bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən olan gənc fotoqraflar müsabiqəyə dünyəvi dinlərin humanist ideyalarını özündə əks etdirən  400-ə yaxın fotorəsm göndəriblər. İKGF və BMT Sivilizasiyaların Alyansınin birgə təşəbbüsü olan müsabiqənin sonunda professional fotoqraflardan və beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən 3 əsas və 2 həvəsləndirici mükafatla təltif olunan qaliblərin adları açıqlanıb.

İƏT Gənclər Forumunun Baş Assambleyası nümayəndələrinin və müsabiqəyə qatılanların iştiraki ilə Bogaz turu zamani gerçəkləşdirilən mərasimdə 1-ci yerin qalibi Hindistanlı iştirakçı Sourav Karmakarın “Mənə qırmızı verin” adlı, 2-ci yerin qalibi İndoneziyalı İmas Nisa Fuciatının “İstiqalal məscidi” adlı, 3-cü yerin qalibi, Azərbaycanlı iştirakçı Albina Rzayevanın “Bakı: ruhumuzun rəsmi” adlı  rəsmləri pul mükafatları ilə təltif edilmişlər. Eyni zamand Kot DiVuarlı iştirakçı Kone Mamadoya “Müzakirə”, Azərbaycan iştirakçısı Aygün Şirinovaya “Dua” adlı rəsmlərinə görə də həvəsləndirici mükafat olaraq planşetlər təqdim edilib. Mərasimdə çıxış edən qaliblər bu layihəyə görə İƏT Gənclər Forumuna öz təşəkkürlərini bildirmiş, yüzlərlə yaradıcı gənci əhatə edən və özünü reallaşdırmağa imkan yaradan, ilk növbədə isə müxtəlif ölkə gəncləri arasında dini və mədəni müxtəlifliyə hörmət prinsiplərini inkişaf etdirmək kimi qlobal əhəmiyyətə malik bu layihənin Azərbaycanda mövcud tolerantlıq ənənələrindən ilham aldığına inamlarını qeyd ediblər.

 

Emin

Tarix
10 Oktyabr 2014 [16:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin