ABŞ Venesuelanın neft nazirinə sanksiya qoydu

20:32 - 15 Fevral 2019 - DÜNYA

ABŞ Venesuelanın 5 vətəndaşını, o cümlədən neft naziri və PDVSA dövlət neft şirkətinin rəhbəri Manuel Kevedonun adını sanksiya tətbiq olunanlar siyahısına daxil edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, yanvarın 28-də PDVSA-ya sanksiya tətbiq edən Amerika hökuməti şirkətin 7 milyard dollaradək səhmlərini donduraraq onlarla hər hansı saziş bağlanmasını qadağan edib. Ağ Evin məlumatına görə, neft hasilatında daha 11 milyard dollarlıq itki olacaq.

Sanksiya siyahısına daxil edilənlərin bütün səhmləri ABŞ ərazisində bloklanacaq.

Xəbər xətti