İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb

20:21 - 15 Fevral 2019 - HADİSƏ

 İsmayıllı rayonunda marşrut avtobusu qadını vuraraq öldürüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayon sakini Nərgiz Bağıyeva yolu keçərkən 2 saylı marşrut avtobusu onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, N.Bağıyeva İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında operator vəzifəsində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti