Azərbaycan və Ukrayna XİN başçıları görüşüb

19:54 - 15 Fevral 2019 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici işlər naziri ilə görüşdü

XİN-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ilə görüşdü. Görüşdə, həmçinin energetika naziri Pərviz Şahbazov da iştirak edib.

Tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən və inkişafından məmnunluqlarını ifadə etdilər.
Tərəflər, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur layihələri haqqında fikir mübadiləsi apardılar. Bu xüsusda, Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər xətti