Ana səhifə
16 Dekabr 2018

Avtomobil üçün "Android"

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin birbaşa avtomobilə quraşdırılacaq versiyasını hazırlamağa başlayıb.

 

 

Ucnoqta.az bildirir ki, cari ilin iyununda şirkət “Android Auto” sistemini təqdim etsə də, proqram avtomobilin multimedia kompleksinin müstəqil əməliyyat sistemi olmayıb. Faktiki “Android Auto” avtomobil ekranına smartfondakı proqramları – naviqasiya, musiqi, zənglər və bildirişlərin göndərilməsi üçün əlavələri daxil edib. Analoji "Apple CarPlay” və “Windows in the Car” platformalarını bu il “Apple” və “Microsoft” şirkətləri də nümayiş etdirib.

Lakin “Android”in avtomobillər üçün yeni versiyası smartfonun qoşulmasını tələb etməyəcək. Şirkətin planlarına sistemi bir il ərzində - “Android” mobil platformasının növbəti versiyası ilə paralel təqdim etmək daxildir.

Potensial baxımdan “Android” avtomobildə naviqasiya və əyləncəni təmin edən standart sistem ola bilər. Bilavasitə avtomobillə inteqrasiya sürücünü hər dəfə maşını işə saldıqda “Google” servislərinə uyğun smartfonu qoşmadan və qurğunun akkumulyatorunun boşalması riski olmadan çıxış əldə etməyə imkan verəcək.  

Bundan başqa, “Google” platforması avtomobilin digər komponentlərinə, məsələn, yanacaq səviyyəsi indikatoruna qoşula bilər. Sistem bakdakı yanacağın səviyyəsinin aşağı olduğunu müəyyən etdikdə, quraşdırılmış "Google” kartları avtomatik olaraq yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə marşrut təklif edəcək.

Bu həll “Google” üçün də sərfəli ola bilər. Belə ki, şirkət avtomobilin GPS məlumatlarına çıxış əldə edərək istifadəçinin daha çox hansı marşrutlar üzrə hərəkət etməsini, harada dayanmasını və harada yanacaq doldurmasını müəyyənləşdirə biləcək (mincom.gov.az).

Tarix
19 Dekabr 2014 [20:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin