İranda təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

19:03 - 15 Fevral 2019 - Xəbər

İranın Xorasan Rəzəvi əyalətində yüngül mühərrikli təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, hadisə fevralın 15-də əyalətin Kaşmar şəhəri yaxınlığında baş verib.

Təyyarənin göyərtəsində iki nəfər olub.

İlkin ehtimala əsasən, qəza texniki nasazlıq səbəbindən baş verib. 

Xəbər xətti