Binə sakini istixanada narkotik becərirmiş- polis aşkarladı

13:47 - 15 Fevral 2019 - Xəbər

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakini C.Məcidova məxsus həyətyanı sahədə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən oradakı istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 150 ədəd çətənə kolu və çəkisi 5,1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti