Fransa Prezidenti yenidən Ermənistana səfər edəcək

11:56 - 15 Fevral 2019 - DÜNYA

“Fransa Prezidenti Emanuel Makron Ermənistana dövlət səfəri etməyi planlaşdırır”.

“Report” “Novosti Armeniya”ya istinadən istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Baş nazirinin müavininin mətbuat xidməti yayıb. Baş nazirin müavini Mqer Qriqoryan Fransanın Yerevandakı səfiri Jonatan Lakotin və Fransanın İnkişaf Agentliyinin regional rəhbəri Qayel Assaqı ilə görüşüb.

Görüş zamanı fransalı səfir deyib ki, ölkəsi Ermənistanla ikitərəfli və çoxtərəfli formatda münasibətləri inkişaf etdirmək istəyir: “Prezident Emmanuel Makron Ermənistana dövlət səfəri etməyi planlaşdırdığını bildirib”.

Qeyd edək ki,  Emmanuel Makron 2018-ci il oktyabrın 11-12 tarixlərində Yerevanda keçirilən Frankafoniya sammiti çərçivəsində  Ermənistana səfər etmişdi.

Xəbər xətti