Bakıda iki avtomobil toqquşub- ər öldü, arvadı sağ qaldı

11:08 - 15 Fevral 2019 - HADİSƏ

Ötən gün Müşfiqabad-Qaradağ yolunda dəhşətli qəza baş verib.

Hadisə saat 13:00 radələrində qeydə alınıb. Qaradağ istiqamətində hərəkət edən 40-BN-205 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan "Toyota" markalı avtomobil ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, "Niva"nın sürücü hadisə yerində dünyasını dəyişib, onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Rəsmiyyə Əşrəf qızı Nəsrüllayeva isə təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

1 Saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, R.Nəsrullayeva başından zədə alıb. Hazırda vəziyyəti normaldır.trend

Xəbər xətti