Azərbaycan nefti bahalaşıb

10:01 - 15 Fevral 2019 - İQTİSADİYYAT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,31 dollar və yaxud 0,47%artıb. "Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,16 dollar təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti