Bakıda 58 yaşlı qadın itkin düşdü

23:26 - 14 Fevral 2019 - HADİSƏ

Bakıda daha bir qadın itkin düşüb.

Bu barədə Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə Xətai rayonu, Nobel prospekti, ev 186, mənzil 7-də yaşayan, 1997-ci il təvəllüdlü Aygün Həsənli müraciət edib.
A.Həsənli bildirib ki, onunla birgə eyni ünvanda yaşayan anası, 1961-ci il təvəllüdlü İlduzə Həsənova fevralın 11-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.trend

Xəbər xətti