"Mançester Yunayted"in Joze Mourinyoya ödədiyi təzminat məlum olub

21:30 - 14 Fevral 2019 - İDMAN

 İngiltərənin "Mançester Yunayted" klubunun komandanın sabiq baş məşqçisi Joze Mourinyoya ödədiyi təzminat məlum olub.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 56 yaşlı mütəxəssis və onun köməkçilərinə 19.6 milyon funt sterlinq (22.3 milyon avro) ödəyib.

Qeyd edək ki, Joze Morinyo 2018-ci il dekabrın 18-də "Mançester Yunayted"dəki baş məşqçi postundan ayrılıb. Portuqaliyalı məşqçi 2.5 il ərzində "qırmızı şeytanlar"a rəhbərlik edib.
O, bu müddətdə İngiltərə Liqa Kuboku, Avropa Liqası və İngiltərə Super Kubokunun sahibi olub.

Xəbər xətti