Rusiyada hava limanında iki təyyarə toqquşdu- Video

20:10 - 14 Fevral 2019 - Xəbər

Vnukovo aeroportunda iki təyyarə yedəyə alma zamanı toqquşub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, "Azur Air" aviaşirkətinin Boeing-767 layneri “Rusiya” təyyarəsinin göyərtəsinə çırpılıb. İlkin məlumata görə, təyyarələrdən birinin sağ vinqleti, digərinin isə stabilizatoru zədələnib.

İnsident nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbi araşdırılır.

Xəbər xətti