Şəmkirdə kürəkən qaynanasını baltalayıb

12:40 - 14 Fevral 2019 - HADİSƏ

Şəmkir sakini qayınanasına balta ilə xəsarət yetirib

Şəmkir rayon sakini qayınanasını baltalayıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Belə ki, həmin qəsəbənin sakini Akifə Eyyubova mübahisə zəminində kürəkəni tərəfindən balta ilə başından vurulub. Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti