Şirvanda keçmiş məhkum narkotiklə saxlanıldı

11:37 - 14 Fevral 2019 - HADİSƏ

Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Elvin Abduləzizov saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 3 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq E.Abduləzizova məxsus mağazada baxış keçirilən zaman oradan 864,57 qram marixuana aşkar edilib. .

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər xətti