Ana səhifə
19 Avqust 2018

Leroy Corc: “erkən qol vurmağımız ümidimizi artırdı.." - MÜSAHİBƏ

“Qarabağ”ın yarımmüdafiəçisi Leroy Corcun apasport.az saytına müsahibəsi

 

Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

- “Qəbələ”yə məğlubiyyətdən sonra bu oyuna maraq artmışdı. Hər kəs düşünrdü ki, “Qarabağ” psixoloji baxımdan gərginliyi üzərindən ata biləcəkmi. Qələbə qazandığınız oyun haqda nə deyə bilərsiniz?

 

- Çətin, ağır bir oyun idi. Erkən qol vurmağımız ümidimizi artırdı. Amma ardıcıl səhvlər üzündən top buraxdıq. Fasiləyə də 1:1 hesablı heç-heçə ilə yollandıq. İkinci hissənin əvvəlində hesabda geri düşsək də, xarakter nümayiş etdirib, qələbə qazandıq.

 

- “Xəzər Lənkəran” “Qarabağ”a kifayət qədər müqavimət göstərə bildimi?

 

- Rəqib güclü idi. Heyətində yaxşı futbolçular var. Bu gün də əla oynadılar. Şanslı günümüz idi, əlimizə düşən fürsətlərdən istifadə etdik. Buna görə də qələbə qazandıq.

 

- Cənub klubu tərəf sizin üstün olduğunuza görə deyil, özlərinin səhvləri üzündən uduzduqlarını düşünürlər. Bununla razılaşırsınızmı?

 

- Qollara baxılarsa, biz öz bacarığımız hesabına onların qapısına yol tapmışıq. O cür yanaşılsa, rəqib də bizim səhvlərdən istifadə edib.

 

- Bu qələbə sayəsində Milan “İnter”i ilə matçda baş verənlərin gərginliyini atdığınızı düşünmək olarmı?

 

- “İnter”lə oyundan sonra bir neçə gün həmin görüş haqda düşündük. Ancaq hər şeyi yaddan çıxarıb, çempionatdakı yolumuza davam etməliyik. Çünki yenidən ora yollanmaq üçün daxili yarışda yüksək yer tutmalıyıq.

 

- Həmin qarşılaşmada baş verənlərlə bağlı UEFA-ya şikayət etmisiniz. Ali futbol qurumu “Qarabağ”ın haqqını bərpa edəcəyinə ümidiniz varmı?

 

- Bu suala lazımi cavabı baş məşqçimiz verib. Bu mənim işim deyil.

 

- Həm ölkə başçısı, həm də xalq “Qarabağ”ı qalib kimi qarşıladı. Bu dəstək komandaya psixoloji gərginliyi üzərindən atmağa yardım göstərdimi?

 

- Hər kəs Avropa Liqasındakı oyunumuzdan razı qalıb. Ancaq bu mərhələ başa çatdı. Biz çempionatdakı çıxışımızı uğurla davam etdirməliyik. İndi diqqətimizi buna yönəltmişik. 

Tarix
19 Dekabr 2014 [10:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin