ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

22:16 - 13 Fevral 2019 - DÜNYA

ABŞ 9 İran vətəndaşına və 2 şirkətə İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıq etdikləri üçün sanksiya tətbiq edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Amerikanın Maliyyə Nazirliyinin məlumatında deyilir. Sanksiyalar siyahısında beynəlxalq konfransları təşkil edən “Yeni üfüqlər” təşkilatı da yer alıb. Nazirliyin məlumatına görə, bu təşkilat “İİKK üçün kəşfiyyat xarakterli informasiyanı toplayan platforma” funksiyasını icra edir.

ABŞ hökumətinin iddiasına görə, təşkilatın konfranslarında “antisemitizm və sui-qəsd nəzəriyyələri təbliğ edilir”.

Siyahıda kiberhücumlar təşkil etdiyi deyilən “Net Peygard Samavat” şirkətinin də adı var.

Xəbər xətti