Ağcabədidə 58 yaşlı kişi itkin düşüb - Foto

13:58 - 13 Fevral 2019 - HADİSƏ

Ağcabədi rayonunda 58 yaşlı kişi itkin düşüb.

Hadisə yanvarın 25-də rayonun Boyat kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Bəhram Qurban oğlu Qurbanlı yaşadığı ünvandan çıxaraq Bakı şəhəri istiqamətinə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Ağcabədi rayon Polis şöbəsinə müraciət edilib, araşdırmalar aparılır.report

Xəbər xətti