Ötən il AÇG-dən 29 mln. ton neft hasil edilib

18:25 - 13 Fevral 2019 - İQTİSADİYYAT

 Ötən ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 584 min barel və ya ümumilikdə təqribən 213 mln. barel, yəni 29 mln. ton neft hasil edilib.

Bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.
2018-ci ildə yataqlar blokundan hasilatın həcmi 2017-ci ildən 0,93% az olub.
Bildirilib ki, 2018-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Ötən il  “Çıraq” platformasından 46 min barel, “Mərkəzi Azəri” platformasından 154 min barel, “Qərbi Azəri” platformasından 126 min barel, “Şərqi Azəri” 97 min barel, “Dərinsulu Günəşli” platformasından 105 min barel və “Qərbi Çıraq” platformasından 57 min barel neft hasil edilib.

İlin sonunda AÇG-də ümumilikdə 117 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.report

Xəbər xətti