Meksikada gizli basdırılmış onlarla insan cəsədi aşkarlanıb

09:00 - 13 Fevral 2019 - DÜNYA

Meksikanın Kolima ştatında gizli basdırılmış təxminən 70 cəsəd aşkarlanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli baş prokurorluq bildirib. "Tekoman bələdiyyəsində, Santa-Rosedə 69 cəsəd aşkar olunub. Hazırda genetik müəyyənləşdirmə işi aparılır. Federal hokümət axtarışların davam etməsi üçün avadanlıqla və heyətlə yardım göstərir", - deyə xəbərdə bildirilir. Daha əvvəl prokurorluq Tekomanda gizli basdırlmış azı 11 cəsədin aşkar edilməsi barədə məlumat yayıb.

​Ştatın prokuroru Qabriyel Verdusko cəsədlərinin tapılmış meyitlər arasında olması güman edilən itkin düşənlərin qohumları ilə görüşüb.

Xəbər xətti