"Fənərbağça" "Zenit"i məğlub edib

00:44 - 13 Fevral 2019 - İDMAN

Avropa Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start verilib.

1/16 final mərhələsinin ilk oyununda Türkiyənin "Fənərbağça" klubu Rusiya "Zenit"ini qəbul edib. İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 21-ci dəqiqədə İslam Slimani vurub. Qonaqlar 44-cü dəqiqədə hesabı bərabərləşdirmək imkanı əldə ediblər. Lakin Robert Mak penaltidən yararlana bilməyib. Onun zərbəsini "Fənər"in qapıçısı Harun Tekin dəf edib. Bu komandalar arasında cavab oyunu fevralın 21-də Sankt-Peterburqda keçiriləcək.

Avropa Liqası 1/16 final,
ilk oyun 12 fevral 21:55.
"Fənərbağça" (Türkiyə) - "Zenit" (Rusiya) - 1:0 (İKİNCİ HİSSƏ)
Qol: İslam Slimani, 21 Dəqiq yerinə yetirilməyən penalti: Robert Mak, 44 ("Zenit")
Qeyd edək ki, 1/16 final mərhələsinin digər ilk qarşılaşmaları fevralın 14-də olacaq.
Report

Xəbər xətti