Şirvanda 18 yaşlı gənc atasının işlədiyi mağazanın qarşısında qətlə yetirilib

22:48 - 12 Fevral 2019 - HADİSƏ

 Şirvan rayonunda qətl hadisəsi törədilib.

Hadisə Heydər Əliyev prospektində baş verib. Bekə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.

Qeyd edək ki, R.Fətullayev BDU-nun tələbəsidir.
Faktla bağlı araşdırma aparılır. report

Xəbər xətti