Ana səhifə
17 Fevral 2019

Şadlıq sarayının rəhbəri məhkəməyə məcburi gətiriləcək

Məhkəmə "Yeganə" şadlıq sarayının rəhbəri barədə məcburi gətirilmə qərarı çıxarıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət almada təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bakı şəhəri 9 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Lyudmila Rəhimova ifadə verib.

manata qəzada ölən qadının sərxoş olması ilə bağlı ekspertiza rəyi alacağını eşitsəm də, buna inanmadım. Sonra bu barədə Akif müəllimə danışdım. Ona bunun mümkün olmayacağını söylədim".

R.Rəhimovanın sözlərinə görə, E.Babayevin A.Rəhimovdan pul alınması prosesinə şahidlik etməyib.

Məhkəmədə elan olunub ki, zərərçəkmiş A.Rəhimov məhkəmə çağırışlarına məhəl qoymur. Məhkəmə onun barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.

İttiham aktına əsasən, Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi E.Babayev iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağı vədi verib.

Qeyd edək ki, A.Rəhimovun oğlu R.Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən, 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov olay yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra 20 gün sonra R.Rəhimov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, qəzada ölən K.Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır.report

Tarix
12 Fevral 2019 [20:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin