Ana səhifə
20 Noyabr 2018

Ətin qiyməti ucuzlaşıb

Vahid Məhərrəmov: «Qiymət ucuzlaşması müvəqqəti xarakter daşıyır»

 

 

Son günlər respublikamızda yas və toy mərasimləri ilə bağlı müəyyən qadağalar tətbiq olunur. Mərasimlərdə israfçılığın qarşısının alınması istiqamətində görülən bu tədbirlər artıq istehlak bazarına da təsirsiz ötüşməyib. Belə ki, ölkənin regionlarında ətin qiymətinin ucuzlaşdığı bildirilir. Qərb regionunda mal ətinin bir kiloqramının qiyməti 5 manata enib. Qarşıda toy marasimlərinə də tətbiq olunacaq qadağalara diqqət çəkən iqtisadçılar ətin ucuzlaşmaqda davam edəcəyini istisna etmirlər.

Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə bunun müvəqqəti xarakter daşıdığını vurğulayıb: «Yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi yemək verilməsinə qoyulan qadağa ətə olan təlabatı azaltmır. Normalda bir nəfərin illik ətə olan təlabatı 84 kiloqram olsa da, bizdə bu rəqəm 30-35 kiloqramdan artıq deyil. Demək, bizdə vətəndaşların ətə olan təlabatı tam ödənilmir. Bu istehlakın daha da azalması isə insanların sağlamlığına təsirsiz ötüşməyəcək. Buna görə də yas mərasimlərində ət yeməkləri yığışdırılandan sonra ətə təlabatın azalacağını düşünmək yanlışdır. Sadəcə əvvəllər bəzi insanlar hansısa gün yas yerində yemək yeyəcəklərini düşünüb ola bilər ki, həmin gün evdə yemək yeməyiblər. İndi isə həmin əti evlərində qəbul edəcəklər».

V.Məhərrəmov deyir ki, qiymətlər ucuzlaşsa da, yaxın zamanlarda yenidən arta bilər: «İndiyədək heyvandarlıqla məşğul olanlar il ərzində təlabatı hesablayaraq, buna uyğun heyvan saxlayırdılar. Hazırda isə bu təlabət müvəqqəti olaraq bir qədər azalıb. Yas mərasimlərində ət yeməkləri verilmədiyindən təklif tələbi üstələyib. Amma qısa zamanda bu əvvəlki yoluna düşəcək. Çünki Azərbaycanda daxili istehsal təlabatı tam ödəmir. Ölkəmiz Gürcüstandan da diri heyvan idxal edir. Buna görə də ətin qiymət ucuzlaşmasının uzun müddət davam edəcəyini düşünmürəm».

 

Xalid

Tarix
10 Oktyabr 2014 [23:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin