İnsanların Marsa uçuşu təxirə salındı

Marsda daimi koloniyanın yaradılmasını nəzərdə tutan “Mars One” layihəsinin “Mars One Ventures” kommersiya bölməsi iflas etdiyini elan edib.

Bu barədə “Engadget” nəşrində məlumat yayılıb. İsveçrənin Bazel şəhərinin mülki məhkəməsinin çıxardığı qərara əsasən, adıçəkilən şirkət 15 yanvar 2019-cu ildə müflis olub.

Layihənin rəhbərlərindən olan Bas Lansdorp fəaliyyətlərini davam etdirmələrinə rəğmən, investisiyaların kəsilməsinin qarşıya qoyulan məqsədlərin icrasını mümkünsüz etdiyini dilə gətirib. Lansdorp “Engadget”ə verdiyi açıqlamada təfərrüata varmasa da, problemin həllini tapması üçün hazırda əlindən gəldiyini etdiyini vurğulayıb.

“Mars One” iki bölmədən ibarətdir: İsveçrədə qərarlaşan və teleyayım hüquqlarına malik olan “Mars One Ventures” kommersiya bölməsi və Niderlandda qərarlaşan və bütün layihələri idarə edən “Mars One Foundation” qeyri-kommersiya bölməsi.

Bundan əvvəl layihənin “Marsdakı” koloniyaçıların həyatı haqqında realiti-şounun reklam gəlirləri hesabına maliyyələşdiriləcəyi bildirilirdi. Layihə çərçivəsində dünyanın dörd bucağından yüz minlərlə könüllü arasında seçimlər həyata keçirilmiş və onun əsasında sənədli film lentə alınmışdı.

Qeyd edək ki, “Mars One” layihəsinin ən tükürpədici məqamlarından biri, koloniyaçıların bir daha Yer planetinə geri dönə bilməyəcəkləri idi.
Plana görə, layihə çərçivəsində Marsda “yaşama haqqı qazanmış” könüllülər 2027-ci ildə “Qırmızı planetə” eniş etməli idi.oxu.az

Tarix
12 Fevral 2019 [19:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-02-12 19:00:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin