Ana səhifə
17 Fevral 2019

Sumqayıtda qalmaqallı məktəb direktoru işdən çıxarıldı

Sumqayıtda qalmaqallı məktəb direktoru vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a Sumqayıt şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Oktay Nuriyev məlumat verib. Onun sözlərinə görə, Sumqayıt şəhər 9 nömrəli məktəbin direktoru Həqiqət Abdullayeva bu gündən etibarən tutduğu vəzifədən azad edilib:

“Bu gündən etibarən Sumqayıt şəhər 9 nömrəli məktəbin direktor vəzifəsinin müvəqqəti icrası mənə tapşırılıb. Hazırda direktor vəzifəsinə təyinatla bağlı qərar qəbul edilməyib. Daha əvvəl yaşanan problemlə bağlı araşdırma isə davam edir”.

Xatırladaq ki, H. Abdullayevanın adı mətbuatda məktəbdə baş verən hadisələrlə bağlı tez-tez hallanırdı. Son olaraq 9 saylı orta məktəbin direktor müavini Təranə Nəsirova Sumqayıt şəhər prokurorluğuna Həqiqət Abdullayeva barəsində şikayət ərizəsi ilə müraciət edib. İddiaya görə, T.Nəsirova ərizədə Həqiqət Abdullayevanın onu ölüm həddinə çatdırdığını, şərəf və ləyaqətini təhqir etdiyini yazıb. 

Tarix
12 Fevral 2019 [15:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin