Dünya şöhrətli ətir brendi M. Micallef ölkəmiz üçün böyük əhəmiyyətli layihəyə imza atdı

Bütün dünyada öz adından bəhs etdirən ətir brendi M. Micallef, Gazelli Group Azerbaijan və IDEAL perfumery & cosmetics mağazalar şəbəkəsi Azərbaycan incəsənətini təbliğ etmək üçün öz unikallığı ilə seçilən əməkdaşlığa başladılar. Sözü gedən sosial layihə nəticəsində M. Micallef elit ətirinin şüşəsi azərbaycanlı gənc rəssam tərəfindən dizayn ediləcək.

2018-ci ilin dekabr ayının sonunda M.Micallef parfümünün ətirləri ilə tanış olduqdan sonra öz təəssüratlarını eskizlərdə əks etdirərək, fotoşəkillərini müsabiqənin təşkilatçılarına göndərmiş 17 gənc layihədə iştirak etmək üçün dəvət olunub. 

Ən gözəl hesab olunan iş, bu möhtəşəm brendin konseptual tərzində bəzədilmiş M. Micallef kolleksiyasından olan ətirlərin şüşəsində çap formasında əks olunacaq.
Müsabiqəninin qalibi Ruhulla Həsənzadəni fevralın 10-da Gazelli Art House Gallery-də Martina Micallef şəxsən elan etmişdir.

Bu layihə azərbaycanlı gənc rəssamların yaradıcılıq potensiallarını aşkar etməsinə imkan verməklə yanaşı, həm də maddi baxımdan böyük əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan müsabiqəsinin qalibi M. Micallef ətriyyatının dünya miqyasında satışının 5% -ni müəllif işi olaraq əldə edəcək.
Azərbaycanlı rəssamın çəkdiyi şəklin əks olunduğu eksklüziv şüşələr M.Micallef brendinin təmsil olunduğu Avropanın, Asiyanın və Yaxın Şərqin 75 ölkəsində, 900 parfümeriya mağazasının rəflərində yerləşdiriləcək və bu, Azərbaycan incəsənətinin bütün dünyada təbliğinə təkan verəcək.

M. Micallef rusiyalı rəssam Aleks Doll və hollandiyalı rəssam Marian Venderbohun işini eksklüziv şüşələrin dizaynında istifadə edərək, əvvəllər Rusiyada və Hollandiyada da oxşar layihələr həyata keçirmişdir.

Beləliklə, dünya şöhrətli ətir brendinin yaradıcı sosial ideyasını həyata keçirdiyi üçüncü ölkə Azərbaycan olacaq və biz bizim üçün çox qürurvericidir.
Martina Micallef Bakıda olarkən ətirlərinin unikallığını, orijinallığını və yüksək keyfiyyətini vurğulayan nadir təbii maddələrdən istifadə edərək, yaradılan şedevrlərin yaranma sirlərini izah etdi.

Qeyd edək ki, M.Micallef ətriyyat evi 1996-cı ildə Fransanın Qrasse şəhərində bir-birini sevən cütlük - Martina Micallef və Ceffri Neyman tərəfindən təsis edilmişdir. M. Micallef, həmçinin Swarovski kristalları ilə bəzədilmiş unikal şüşə istehsalı ilə məşhurdur.
Martina müsahibələrin birində incəsənətin müxtəlif elementlərini bir-biri ilə birləşdirərək, rəsm çəkməyi sevdiyini qeyd etmişdir.

Şərqin cazibəsi ilə Avropa əhval-ruhiyyəsinin birləşdiyi Azərbaycan onun üçün böyük maraq doğurur.

Gazelli Group 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərərək, peşəkar kosmetika, fərdi baxım məhsulları və təbii maddələrdən hazırlanmış fərdi məhsullar istehsal edir. Gazelli Group-un məşhur brendlərinə - Gazelli SkinCare, Buta, Aroma Collection, Chocolate&Vanilla, Sun Lab daxildir. İstehsal olunan yüksək keyfiyyətli məhsullar "Made in Azerbaijan" milli strategiyasının bütün tələblərinə cavab verir (GMP - ISO 22716: 2007). Bundan başqa, Gazelli Group, trendləri nəzərə alaraq müxtəlif yaradıcı proqramlar həyata keçirir.

IDEAL Perfumery & Cosmetics mağazalar şəbəkəsi 1999-cu etibarən fəaliyyət göstərir. M. Micallef məhsulları dəbdəbəni sevən və bədii zövqə malik şəxslər üçün məhz  IDEAL mağazalarında təqdim olunmuşdur.

Əbəs yerə demirlər ki: "Əgər parfüm şüşə içərisində olan ətirli mayedən də artıqdırsa, deməli, o, M. Micallef-in incəsənət əsəridir". 

Tarix
12 Fevral 2019 [14:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin