Kamal Abdulla ona etiraz edən dekanı işdən çıxardı - AÇIQLAMA

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən çıxarılıb. 

Ucnoqta.az xəbər verir ki, V. Ağabəyli BakuPost-a bildirib ki, onu əsassız iddialarla vəzifəsindən çıxarıblar. O, ADU-da əleyhinə çıxmamış insanların da hazırda hədəf olduğunu bildirib: "Kamal Abdulla az qalır desin ki, torpaqlarımızın da işğalında mənim əlim var. Kimlər ki, mənim əleyhimə çıxmayıblar, növbəti hədəf onlardır. Pərvin Mürsəlovanı da bu gün işdən çıxardı, görək daha sonra kimləri çıxarır”.   

Dekan qeyd edib ki, işdən 70 C maddəsi ilə çıxarılıb.
Qeyd edək ki, bundan öncə K. Abdulla Filologiya və jurnalistika fakültəsinin dekanı V. Ağabəyliyə töhmət verildiyini açıqlamışdı. V. Ağabəyli isə rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırmışdı.

Tarix
12 Fevral 2019 [11:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-02-12 11:09:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin