Ağdaşda 6 otaqlı ev yanıb

07:59 - 12 Fevral 2019 - HADİSƏ

Ağdaş rayonunda 6 otaqlı evdə yanğın baş verib.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 198 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün, 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 87 m² sahədə, 1-ci mərtəbəsində pilləkən qəfəsi 19 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti