Zabit Səmədov idman məktəbi açdı - Foto

Bu gün K-1 qaydasız döyüş növü üzrə dünya çempionu, “Mauqli” ləqəbli idmançı Zabit Səmədov idman məktəbinin açılışını edib.

Məkan Heydər Əliyev adına İdman və Konsert kompleksinin binasında faəliyyət göstərəcək. Açılış mərasimində rəsmi şəxslər, tanınmış idmançılar, incəsənət nümayəndələri və başqaları iştirak edib. Tədbirə Z. Səmədov oğlu Mübariz və qızı Sibellə birgə gəlib.

Tədbirə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev də qatılıb. O, Z. Səmədovla birgə açılış lentini kəsib.
Daha sonra zalla tanışlıq baş tutub. Aparıcı Murad Dadaşov “Zabit Səmədov döyüş məktəbi” barədə məlumat verib, 6 yaşından yuxarı hər kəsin bura üzv olacağını qeyd edib.

Z. Səmədov isə mətbuata açıqlamasında döyüş məktəbinə mart ayından xarici idmançılarn müəllim kimi dəvət olunacağını bildirib. qafqazinfo

Tarix
11 Fevral 2019 [17:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin