Xorvatiyanın ətraf mühit və energetika naziri Tomislav Çoriç Azərbaycana səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a həmin ölkənin Azərbaycandakı səfirliyindən bildiriblər.
Qeyd edək ki, xorvatiyalı nazir fevralın 20-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında iştirak edəcək.
Nümayəndə heyətinə Xorvatiyanın “Plinacro” və “LNG Croatia” şirkətlərinin nümayəndələri də daxil olacaq.
Tarix
11 Fevral 2019 [19:00]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin