Bazar günü yol polisi gücləndirilmiş iş rejimində çalışıb

İmtahan zamanı hər hansı yol-nəqliyyat hadisəsi baş verməyib

Bazar günü respublika üzrə keçirilən sınaq imtahanlarında şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi gücləndirilmiş iş rejimində çalışıb. Belə ki, Dövlət İmtahan Mərkəzinin  Daxili İşlər Nazirliyinə rəsmi müraciətindən sonra Yol Patrul Xidmətinin əməkdaşları  şagridlərin avtobus, mikroavtobus və digər nəqliyyat vasitələrilə  imtahan məntəqələrinə təhlükəsiz çatdırılmasını təmin ediblər. Bu barədə Ucnoqta.az –a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, təxminən 6 minə yaxın şagirdin  təhlükəsizliyi bu qaydada qorunub.

Respublika ərazisində imtahan zamanı hər hansı yol-nəqliyyat hadisəsi baş verməyib.

Tarix
11 Fevral 2019 [14:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin