Vəlvələçayda suya düşən ekskavatorçunun axtarışları davam edir- suçəkmə işlərinə başlandı

Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçayın sahilində aparılan qazıntı işləri (qum-çınqıl karxanası) zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışlara Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Qazıntı işləri nəticəsində yaranan su hövzəsində (dərinliyi 12-15 metr) suyun səviyyəsinin azaldılması məqsədilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən suçəkmə işləri həyata keçirilir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Tarix
11 Fevral 2019 [12:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin