Tramp və Si Cinpinin görüşü martda Floridada keçirilə bilər

09:00 - 11 Fevral 2019 - DÜNYA

ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında növbəti görüş Mar-a-Laqoda (Florida ştatı) keçirilə bilər.

Bu barədə "Axios" portalı öz mənbələrinə istinadən xəbər verir.

Mənbələrin məlumatınsa əsasən, dövlət başçılarının müşavirləri müzakirələr aparır və Mar-a-Laqonu sammitin keçirilməsi üçün mümkün meydan kimi dəyərləndirirlər. Lakin qeyd edilir ki, sammitin keçiriləcəyi yer hələ təsdiq edilməyib.

Xəbər xətti