İranda 5.2 bal gücündə zəlzələ olub

19:41 - 10 Fevral 2019 - DÜNYA

İranın Hormozqan əyalətində 5.2 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 14:24-də qeydə alınıb, episentr Keşmə dairəsindəki Laft kəndinin yaxınlığına yerləşib. Zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib. Hadisə nəticəsində üç nəfərin yaralandığı bildirilib. Xəsarət alanlar hadisə yerindən təxliyyə olunublar və xəstəxanaya yerləşdiriliblər.

Zəlzələ nəticəsində 15 yaşayış binasına ziyan dəydiyi bildirilir.trend

Xəbər xətti