Biləsuvarda intihar edən 16 yaşlı gəncin oxuduğu məktəbin direktoru Danışdı: Görünür ...

Fevralın 9-na keçən gecə Biləsuvar rayonunda məktəbli oğlanın intihar etməsi barədə məlumat vermişdik.

Rayonun Çinarlı kəndində kənd sakini, 2004-cü il təvəllüdlü Asəf Xeyrulla oğlu Həsənovun özünü qonşunun bağında ağacdan asaraq intihar etməsi ilə bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.

İntihar edən məktəblinin təhsil aldığı Çinarlı kənd orta məktəbinin direktoru Təzəbəy Ağayev Publika.az-a bildirib ki, həyatına son qoyan 15 yaşlı Asəf müsbət xarakterli şagirdlərdən olub: “Sonuncu dəfə fevralın 8-də dərslərində iştirak edib, davamiyyəti normal olub. Görünür ailədə nə isə söz-söhbət olub. Hər bir ailədə belə xırda narahatlıqlar ola bilər. Uşaq da gedib özünə qəsd edib”.

Qeyd edək ki, intihara ilkin səbəb kimi Asəfi atasının danlaması göstərilir. publika.az

Tarix
10 Fevral 2019 [18:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-02-10 18:43:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin