Venesuelaya meteorit düşdü- Video

18:16 - 10 Fevral 2019 - DÜNYA

Venesuela əhalisi sosial şəbəkələrdə ölkə ərazisinə düşən meteoritin videosunu yayıblar.

Ucnoqta.az xəbər verir ki, yerli sakinlər bunun meteorit olduğuna əmindirlər. Ötən gecə hava cisminin yerə düşməsini Karabobo, Araqua, Quariko, və paytaxt Karakas sakinləri müşahidə ediblər. Görüntülərdə həmçinin obyektin düşdüyü ərazi də çəkilib. Polis meteoritin düşdüyü yolları bağlayıb.

Hadisə barədə rəsmi məlumat verilmir.

Xəbər xətti