Mingəçevirdə nəvə dostu ilə birlikdə nənəsinin evindən oğurluq edib

Mingəçevirdə oğurluq hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində, 1939-cu il təvəllüdlü şəhər sakini Züleyxa Bağırovanın yaşadığı mənzildə qeydə alınıb. Belə ki, onun evindən 3 min manat oğurlanıb. Z.Bağırova bu barədə polisə məlumat verərək, evinə qonaq gələn şəxslərdən şübhələndiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report”un Şirvan bürosuna verilən məlumata görə, oğurluqda şübhəli bilinən iki nəfər - zərərçəkənin nəvəsi, Tovuz rayon sakini, əvvəllər də məhkum olunmuş Tural İskəndərov və dostu, Samux rayon sakini Xasay Mustafayev saxlanılıblar. Saxlanılanlar istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
10 Fevral 2019 [13:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-02-10 13:47:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin