PSJ-də ciddi itki -"Mançester Yunayted"lə oyunöncəsi

12:37 - 10 Fevral 2019 - İDMAN

PSJ-nin hücumçusu Edinson Kavani zədələnib.

Qol.az-ın "Canal+"a istinadən yaydığı xəbərə görə, Fransa çempionatının 24-cü turunun "Bordo" ilə matçının (1:0) ilk hissəsinin sonlarında bud nahiyyəsindən xəsarət alan uruqvaylı futbolçu oyunu davam etdirə bilməyib və Kilian Mbappe ilə əvəzlənib.

Hələlik 31 yaşlı forvardın son durumu ilə bağlı klubdan məumat verilməyib. Onun Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Yunayted"lə oyununda iştirak edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, "Mançester Yunayted" - PSJ oyunu fevralın 12-də keçiriləcək.

Xəbər xətti