Beyləqanda dəhşətli qəza: 3 yaşlı uşaq dünyasını dəyişdi

11:14 - 10 Fevral 2019 - HADİSƏ

"Ford"da Elbrus adlı şəxs ailəsi ilə N saylı hərbi hissəyə qardaşı oğlunun andiçməsi mərasiminə gedirmiş

Beyləqanda ağır qəza baş verib. Ucnoqta.az Sputnik Azərbaycana istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. Bakı-Horadiz magistralının Beyləqanın Aşıqalılar kəndindən keçən sahəsində Ford Tranzit markalı maşın yol kənarənda dayanmış KAMAZ markalı yük avtomobilini vurub.

Nəticədə "Ford"da olan 3 yaşlı oğlan hadisə yerində dünyasını dəyişib. Onun cəsədi tibbi ekspertiza üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.
Həmçinin məlum olub ki, "Ford"da Elbrus adlı şəxs ailəsi ilə N saylı hərbi hissəyə qardaşı oğlunun andiçməsi mərasiminə gedirmiş.

 

Read more: https://sputnik.az/incidents/20190210/419342172/Beyleqanda-dehsetli-qeza-3-yasli-usaq-dunyasini-deyisdi.html

Xəbər xətti