Bakıda əl qumbarası tapılıb

 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki,  Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunublar. XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirmişlər.
Aşkar olunmuş sursata baxış zamanı müəyyən olunmuşdur ki, bu, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarasıdır.

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır. Qumbaranın tapıldığı əraziyə yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.

Tarix
10 Fevral 2019 [00:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-02-10 00:43:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin