Balakəndə iki qardaş yol qəzasına düşüb, biri ölüb

11:07 - 9 Fevral 2019 - HADİSƏ

Balakən rayonunda yol qəzasına düşən iki qardaşdan biri ölüb, digəri xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə fevralın 8-dən 9-a keçən gecə şəhərin Tülü dairəsi adlanan ərazisində baş verib. Qəza nəticəsində 1994-cü il təvəllüdlü Elton Azad oğlu Hacıyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Eltonun kiçik qardaşı, 1997-ci il təvəllüdlü Məftun Hacıyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti