Bakı-Qazax yolunda avtomobil aşıb

00:48 - 9 Fevral 2019 - HADİSƏ

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax avtomobil yolu ilə Bakı istiqamətdə hərəkətdə olan maşın rayon ərazisindən keçən zaman idarəetmədən çıxaraq aşıb. Nəticədə maşında olan sərnişinlər - İsmayılova Zemfira(1964) və İsmayılov Canpolad(1963) müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı cüzi xəsarət alan sürücü İsmayılov Elxan Canpolad oğlu (1991), daha 1 qadın və 2 uşağa ( 8 aylıq və 2 yaşlı) yerində ambulator yardım göstərilib. Faktla bağlı araşdırma aparılır. Report

Xəbər xətti