Dünyanın ən ucaboy futbolçusu İngiltərə klubu ilə müqavilə bağlayıb

19:00 - 8 Fevral 2019 - İDMAN

İngiltərənin VI Divizionunda çıxış edən "Dalviç Hemlet" klubu danimarkalı qapıçı Simon Yorgensenlə müqavilə bağlayıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı qolkiper dünyanın ən ucaboy oyunçusu sayılır. Yorgensenin boyu 210 santimetrdir. O, yeni komandasına azad agent kimi keçib.
S.Yorgensenin azarkeşlərdən toplanan vəsait hesabına komandaya cəlb olunduğu bildirilir.

Qeyd edək ki, S.Yorgensen "Kopenhagen"in yetirməsi olsa da, əsas komandaya yüksələ bilməyib. 2010-2017-ci illərdə o, Danimarkanın müxtəlif klublarında çıxış edib və daha sonra İngiltərəyə yollanıb. O, əvvəlcə "Akkrinqton Stenli", daha sonra yarımhəvəskar "Uaythouk" komandalarının formasını geyinib. 

Xəbər xətti