Gəncədə qadın dəmir köşkün altında qalaraq öldü

21:00 - 7 Fevral 2019 - HADİSƏ

Gəncədə qadın dəmir köşkün altında qalaraq ölüb.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Qəmərli küçəsində baş verib. Mişar daşlarının üzərinə qoyulan dəmir konstruksiyalı köşk şəhər sakini, 1973-cü il təvəllüdlü Qəhrəmanova Aytəkin Həmdəm qızının üzərinə aşıb. Bədən xəsarətləri alan qadına yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər xətti