Qadınlar kişilərə nisbətən daha çox yaşayır

19:40 - 7 Fevral 2019 - MARAQLI

Qadınlar kişilərə nisbətən ən az 5 il daha çox yaşayır. Bu məlumatlar “Avropa Statistika Təşkilatı”nın apardığı araşdırmanın nəticəsidir.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, Avropa Statistika Qurumu “Eurostat” Avropa ölkələrində ortalama “sağlam yaşam” dövrlərini açıqlayıb. Belə ki, ən uzun sağlam ömür İsveçrə, ən qısa müddətli yaşam dövrü isə Latviya ölkəsidir.

Araşdırmalara görə, Avropa ölkələrində sağlam həyat səviyyəsi orta hesabla qadınlarda 64,2 il, kişilərdə isə 63,5 ildir. 20 Avropa ölkələri arasında ən uzun sağlam həyat İsveçrədə qeydə alınıb. Belə ki, bu ölkədə yaşayan qadınların orta ömür müddəti 73,3, kişilərdə isə 73-dür. Orta yaşdan yuxarı sağlam ömürlü digər ölkələr isə Malta, İrlandiya, Cənubi Kipr, Norveç, Bolqarıstan, Almaniya, İtaliya, İspaniya, Yunanıstan və Polşadır.

Digər tərəfdən isə Latviya ən qısa ömür yaşayan insanlar olaraq siyahının ən sonunda iştirak edib. Belə ki, həmin ölkədə qadınların orta ömrü 54,9, kişilər üçün isə 54,4 il təşkil edir. Araşdırmaya görə, qadınların sağlam ömrü kişilərə nisbətən təxminən 5 il daha çoxdur. Eyni zamanda qeyd edilir ki, qadınlar gələcəkdə sağlıq problemlərinə görə gündəlik fiziki fəaliyyətlərində çətinlik çəkdiyi halda, kişilərin isə bu problemləri daha az yaşamaq ehtimalı var.

Xəbər xətti